İdman 19.01.2022

Futzal yığmamızın heyətində dəyişiklik

Avropa çempionatının final mərhələsində yarışacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
 
Federasiyanın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə dünən Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodrigues "Maneka" zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?