Ölkə 12:37 18.10.2021

Füzulidə xəstəxana tikiləcək, Olimpiya İdman Kompleksi yaradılacaq

Füzulidə Olimpiya İdman Kompleksi yaradılacaq.

Qaynarinfo-nun xəbərinə görə, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planı ilə tanış olarkən deyib.

Prezident bildirib ki, indi böyük xəstəxananın layihəsi hazırlanır: "Yaxın həftələrdə mənə təqdim ediləcək".

Dövlət başçısı daha sonra vurğulayıb ki, Olimpiya İdman Kompleksi mütləq yaradılacaq.