Dünya 10:30 28.01.2018

Gecə klubuna silahlı hücum: 14 ölü

Braziliyanın Fortaleza şəhərində gecə klubuna silahlı basqın həyata keçirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 14 nəfər dünyasını dəyişib. Ölənlər arasında 2 uşağın olduğu deyilir. Basqının narkotik ticarəti ilə məşğul olan qruplaşma tərəfindən həyata keçirilməsi ehtimal edilir.

Seara vilayətinin təhlükəsizlik katibi Andre Kosta mətbuata açıqlama verib və hadisəni təsdiq edib.

Gülşən