Xəbər lenti

“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi (FOTOLAR)
Foto 17:41 19.04.2019

“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi (FOTOLAR)

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə keçirib.

Qaynarinfo xəbər verir ki, "Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İlahə Həsənova qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirmişdir ki, məsuliyyət və inkişaf bizi gələcəyə aparacaq. Biz tələbələr gələcək üçün vətənimizin faydalı insanlarıyıq. Gördüyümüz bütün işlər nümunə yaratmalıdır. Məqsədli olaraq öz ideyalarımızın arxasınca getməliyik. Müxtəlif layihələr keçirərək dövlətimizə və vətənimizə müsbət nümunələr gətirməliyik. Bizim uğurumuz cəmiyyətimizin uğurudur. Biz faydalı olmalıyıq, öz faydamızı isə vətəndaşlarımıza təqdim etməliyik.

Sonra Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir.

"Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->