Xəbər lenti

Gələcəkdə insanları nələr gözləyir? (PROQNOZ)
Texnologiya 21:30 04.11.2017

Gələcəkdə insanları nələr gözləyir? (PROQNOZ)

Elon Musk insanlığı gələcəkdə gözləyənləri açıqladı
 
Məşhur amerikalı mühəndis, yatırımcı və novator Elon Muskun gələcəkdə bizi gözləyən hadisələrlə bağlı verdiyi açıqlama hər kəsi təəccübləndirib. Xüsusilə, onun kosmosla bağlı öncəgörmələri reallaşarsa, bizləri tam başqa bir dünya gözləyər. 
 
"Qaynarinfo” xəbər verir ki, əslən Cənubi afrikalı olan "Tesla Motors"un qurucularından olan Elon Muskun son illər ən çox diqqət çəkən işlərindən biri "Spacex" adlı kosmik daşıyıcı şirkətini yaratmasıdır. Hər hansı kosmik gəmini kosmosa göndərən, orada saxlamağı və dünyaya geri qaytarmağı bacaran ilk özəl şirkət olan "Spacex"in hədəflərindən biri Marsda koloniya yarada bilməkdir.
 
Yaşayan ən böyük novatorlardan hesab olunan Musk insanlığın taleyini dəyişəcək 3 əsas şeyin internet, təmiz enerji və kosmos olduğunu düşünür.
 
 
Sizə məşhur yenilikçinin gələcək üçün hazırladığı öncəgörməni təqdim edirik:
 
2018: İnsanlar təkrar istifadə oluna bilən raketlərlə kosmosa uça biləcəklər. 

2024: Süni intellekt insanlar üçün çox ciddi təhlükələr yaradacaq.

2025: Tesla Apple qədər dəyərli olacaq.
 
 
2025: İnsan Marsa ayaq basacaq.
 
 
2027: Yeni istehsal edilən maşınların yarısından çoxu elektriklə çalışacaq.

2033: Günəş əsas güc mənbəyinə çevriləcək.
 
 
2037: Maşınların artıq idarəetmə karobkası olmayacaq.
 
 
2040: İnsanlıq Marsda şəhər yaradacaq.
 
 
2040: Süni intellekt hər sahədə insan beynindən irəli keçəcək.
 
 
2060: Təxminən 1 milyon insan Marsda yaşayacaq.
 
Nərmin Həsənli
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->