Gələcəyin möcüzəli 6G smartfonları: İnsan bədənindən də...

Gələcəyin möcüzəli 6G smartfonları: İnsan bədənindən də...

Massachusetts Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən hazırlanmış yeni bir texnologiya cihazları simsiz şəbəkələrdən doldurmağa imkan verəcəkdir. Yeganə çatışmazlıq 6G standartının tətbiqinin zəruri olmasıdır, ancaq bunun da zaman məsələsi olması aydındır. 

Qaynarinfo xəbər verir ki, yeni enerji mənbəyi axtarışı prosesində tədqiqatçılar cihazların radio emissiyasına sərf etdiyi enerjinin böyük hissəsinin tələb olunmamasına diqqət çəkib. Sadə dillə deyilərsə, enerji boşuna sərf edilir. Üstəlik, 5G rejimində işləyən mövcud sistemlərin gücü çox azdır. Buna görə ixtiraçılar nəzərlərini dərhal tezliyi yüzlərlə gigahertz və hətta terahertzlə hesablanan 6G rejiminə yönəltdilər.

4G-dən 6G-yə keçərkən stansiyaların tezliyində artım demək olar ki, 1000 dəfə artacaq. Bu, istehlak olunan enerjinin 10 milyon qat artacağına gətirib çıxaracaq, ancaq bunun da çox hissəsi boş yerə xərclənəcək. Üstəlik, belə güc artıq smartfonları uzaqdan doldurmağa imkan verəcək.

Yeri gəlmişkən, hər hansı bir isti cisim (daxil edilmiş cihazdan tutmuş  insan bədəninə qədər) zəif bir terahertz radiasiya yayır. Elm adamları adi otaq temperaturunda istifadə üçün uyğun texnologiyanın mövcudluğunu nəzəri olaraq sübut edib. Bu hesablamalar "Science Advances" elmi jurnalında təqdim edilib.

Tərtibatçıların fikrincə, yaradılan cihaz ətraf mühitdən enerjini passiv toplamağa və onu elektrik enerjisinə çevirməyə xidmət edir. Bir az Günəş panellərini xatılatsa da, o smartfonlar fərqli tezlik diapazonlarında işləyəcəklər.

Bu cihazın tətbiq dairəsi çox genişdir, məsələn, onun köməyi ilə başqa cihazları da enerji ilə təmin etmək mümkün olacaq.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR