Maqazin 12:16 18.09.2014

“Gəlinin dayısını döydüm...”

Müğənni Elariz Məmmədoğlu “Mətanətlə Gündəlik” verilişinin qonağı olub. 

“Qafqazinfo”nun məlumatına görə, ifaçı el şənliklərinin birində adam döyməsindən danışıb. 

O bildirib ki, gəlinin dayısı onu təhqir etdiyi üçün belə bir addım atıb: “Hər zaman mədəni insanlar tərəfindən toylara dəvətlər alıram. Məni sevən insanlar mədəni insanlardır. Oxuduğum toylarda belə hadisələr baş vermir. Bir dəfə istisna hal oldu. Gəlinin dayısı qulağıma söyüş söyməyə başladı. 

Dedi ki, filan kəs tərbiyəsiz müğənnidir, onu toyumuza niyə çağırmısan. Cavab verdim ki, ay qardaş, onu mən dəvət etməmişəm, bəy-gəlin dəvət edib. Məni söyməyə başladı. Hündür, enlikürək idi. Yumruğu iki başım boyda olardı. Toyu mədəni sürətdə apardım. Toy bitdikdən sonra kişini çağırıb qəşəng döydüm. Mən bununla fəxr etmirəm, mən adamdöyən deyiləm, müğənniyəm”.

Qaynar.info