İdman 18:44 17.05.2020

Gənc futbolçu küçədə öldürüldü

İngiltərənin "Harlou” klubunun futbolçusu Fransua Kablan qətlə yetirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” nəşri məlumat yayıb.
 
19 yaşlı futbolçu Londonda küçədə yaranan mübahisə əsnasında bıçaqlanıb.
 
"Harlou” klubunun meneceri Adam Konolli Kablanın öldürüldüyünü təsdiqləyib. Sözügedən menecer Kablanın çox alicənab və mehriban olduğunu deyib.
 
Kablan, "Harlou” klubundakı son oyununda het-trik edərək, komandasına qələbə qazandırmışdı.