Video 14:32 12.05.2021

Gənc müğənni Paşa Abdulla yeni klipini təqdim etdi (VİDEO)

Gənc müğənni Paşa Abdulla "Bu qız" adlı mahnısına çəkilmiş klipini təqdim edib.

Qaynarinfo xəbər verir ki, mahnının söz və müsiqisi Fizuli Vaqifoğluna məxsusdur.

Aranjimanını Nail Yusifovun etdiyi müsiqi parçasına klipi rejissor İlham Yaşaroğlu çəkib. Ekran işinin operatoru Emin Hüseynovdur.

Klipdə aktrisa kimi müğənni Nigar Abdullayeva rol alıb.