Ekonomiks 15:06 29.12.2013

Gəncə dəmiryol vağzalı təmirdən sonra açıldı - FOTOLAR

Bu gün Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov iştirak edib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olub.

Gəncə stansiyasının inzibati binasının əsaslı təmirini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti həyata keçirib.

2013-cü ilin yanvar ayında start verilmiş əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kv.m dam örtüyü müasir tələblərə uyğun yenidən qurulub, 2600 kv.m fasadı üzlük aqlay daşı ilə üzlənib. Bundan başqa, qapı və pəncərələr dəyişdirilib, döşəmə 1500 kv.m həcminə qranit daşla üzlənib.

Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib, həmçinin bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemləri ilə təchiz olunub. Sərnşinlərin rahatlığının təmin edilməsi məqsədilə stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılıb.

Eyni zamanda, Yük Daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasısının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunub, piyada keçid körpüsü sağlamlaşdırılıb.

Qaynar.info