Ekonomiks 15:06 07.08.2013

Gəncə-Naxçıvan aviareysi bərpa edilir

Avqustun 9-dan etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayacaq.

Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, Bakı-Gəncə-Naxçıvan və əks istiqamətə uçuşlar hər həftənin V günləri yerinə yetiriləcək: «Bakıdan Gəncəyə bir istiqamətə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan istiqaməti üzrə isə 39 manat təşkil edir. Uçuşlar AZAL-ın yeni aldığı «Embraer» tipli təyyarələr ilə yerinə yetiriləcək».

Qeyd edək ki, bundan öncə AZAL Gəncə-Naxçıvan aviareysi üzrə uçuşları yerinə yetirib. Lakin sonradan sözügedən aviareys ləğv olunmuşdur.

Qaynar.info