Ekonomiks 14:28 06.05.2014

Gəncədə 91.000 ağac əkildi - FOTOLAR

Gəncədə eks-prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə aksiyasına yekun vurulub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində Heydər Əliyevin adını daşıyan parkda 91 mininci ağacı əkib.

Ağacəkmə aksiyası ümumilikdə şəhərin üç istiqamətində həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin Göygöl istiqamətində, Şəmkir yolu istiqamətində, Yevlax istiqamətində şam və çinar  ağacları əkilib. Aksiya zamanı ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb. Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, gənclər təşkilatları və cəmiyyətlər yaxından iştirak edib.

Həmçinin ərazilər alaq otlarından təmizlənib və əvvəllər basdırılmış tinglərə də aqrotexniki qulluq göstərilib. Cari ilin aprel ayından başladılan aksiya çərçivəsində kollektivlər tərəfindən gün ərzində parkın boş ərazilərində 500-dən çox müxtəlif növ həmişəyaşıl və dekorativ ağaclar əkilib.

Qeyd edək ki, bu aksiya Heydər Əliyevin ad günü münasibətilə həyata keçirilib. Ağacları suvarmaq üçün ərazidə avtomatik və damcı üsulu ilə sistemlər də qurulur.

Qaynar.info