Gəncədə hava limanına bomba qoyulması ilə bağlı məlumat verən şəxs tutulub.
Noyabrın 30-da saat 19.13-də Gəncədə yaşayan Anar Həsənov Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng edərək Gəncə hava limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Həsənov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Qaynar.info
Şərhlər