Ekonomiks 15:04 15.07.2014

Gəncədə yeni bulvar salınır

Gəncədə Gəncəçayın sağ sahilində yeni bulvarın salınması işlərinə başlanıb.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Gəncəçayın sağ sahili boyunca 2,5 km hissədə bəndvurma işlərinə başlanıb:

“Gəncə çayının Mirzə Abbas Abbaszadə küçəsindən Nizami Gəncəvi küçəsinə kimi olan hissəsinin sağ və sol hissələrində bulvar salınır.

Sol sahildə artıq 0,5 kilometr hissə istifadəyə verilib. Hazırda sağ sahildə bəndvurma işlərinə başlanıb. Bu hissədə işlər yekunlaşandan sonra sol sahildə olan bulvar Nizami Gəncəvi küçəsinə kimi uzadılacaq”.

E.Vəliyev deyib ki, nəzərdə tutulan hissədə işlər yekunlaşandan sonra çayın digər hissəsində də bulvar salınacaq.

Qaynar.info