Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev vəzifəsindən azad edilib. Bu barədə qərar axşam saatlarında məlum olub.
9:30
İdarənin rəis müavini İlqar Balakişiyev xəbəri təsdiqləyib. Lakin Rasim Musayevin rəislikdən çıxarılması barədə qərarın səbəbləri hələlik məlum deyil.
Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin I müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Daha sonra Sabunçu Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edən polis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisi olub.
10:18
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim MusayevDaxili İşlər Nazirliyinə raport göndərərək tutduğu vəzifədən azadolunmasını xahiş edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini EhsanZahidov Trend-ə bildirib ki, onun bu xahişi nəzərə alınaraq yanvarın21-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri iləRasim Musayev tutduğu vəzifədən azad edilib və nazirliyin Baş Kadrlarİdarəsinin sərəncamına götürülüb.
Rasim Musayevin səlahiyyətlərinin icrası Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavinlərindən birinə tapşırılıb.
Qeyd edək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polisİdarəsinin rəisi təyin edilib. 2011-ci ildə Prezident İlham Əliyevinsərəncamı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin zabiti Musayev Rasimİslam oğlu polis general-mayoru ali xüsusi rütbəsi ilə təltif edilib.Elə həmin vaxt Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib.
Rasim Musayev Binəqədi rayon Polis İdarəsi rəisinin I müavini, DİN-inİctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Dahasonra Sabunçu rayon Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edənpolis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisiolub.
Şərhlər