Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrand müsabiqəsinin qalibi olan Günel Hüseynlinin rəhbərlik etdiyi "Gənclərin İKT biliklərinin artırılmasına dəstək” layihəsinin yekun tədbiri baş tutub.
28 Yanvar, Bakı şəhəri, Step İT akademiyasında baş tutan layihənin yekun tədbirlərindən birinin qonağı ProSol IT Outsource xidmətin rəhbəri Araz Eyyubov olub.
O, ilk olaraq təlim iştirakçılarının bu sahəni niyə seçdiklərini və hansı istiqamətdə gedəcəkləri ilə maraqlanıb. Daha sonra təlimçilərə İT sahəsində olan vakansiyalar və şirkət rəhbərlərinin onlardan gözlədiyi gözləntilər haqda məlumat verib. Daha çox motivasiya xarakteri daşıyan təlimdə, həmçinin bu sahəyə gələnlərin riyazi və dil biliklərinin olmasının üstünlüklərindən bəhs edib. Qeyd edib ki, əgər proqramıaşdırma sahəsinə gəlib, xarici dil biliyi olmadisa o şəxsdən proqramçı olması zaman alacaq. Çünki bu sahəyə aid olan ədəbiyyatların əksəriyyətinin xarici dildə olduğu üçün xarici dil bilmək- bu vacib şərtlərdəndir.
29 Yanvar tarixində Step İT akademiyasında baş tutan 4 günlük təlimin son qonağı Azərbaycan Dövlət Neft Fondunun Sistem Adminstratoru Fərhad Kərimov olub.
Fərhad Kərimov təlim iştirakçılarına İT sahəsində sertifikatların vacibliyi və Microsft, Cisco, Oracle sertifikatlarının imtahan qaydaları və onları əldə etmək üçün hansı kitablardan yararlanmalı olduqları vasitələrdən bəhs edib. O, qeyd edib ki, ilk zamanlar sizə lazımsız görünə bilən sertifikat, gələcək həyatınızda sizin iş tapmanız üçün müsbət rol oynayacaq. Sertifikatın sayının çoxluğu iş üçün müraciət etdikdə, seçim zamanı sizin bir addım öndə olmağınız deməkdir.
Təlim iştirakçıların suallarını cavablandırmaqla yekunlaşıb.
Şərhlər