Ölkə 17:36 23.07.2021

General Kərim Vəliyevlə bağlı maraqlı fakt

Müdafiə Nazirliyinin yeni Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Azərbaycanın tanınmış şairi Səməd Vurğunun yaxın qohumudur.
 
Qaynarinfo.az xəbər verir ki, o, mərhum şairin əmisi nəvəsi Leyla xanım Vəkilovanın oğludur. 

Leyla Vəkilovanın atası polkovnik Kərim ağa Vəkilov şair Səməd Vurğunun əmisi oğludur. Kərim Vəliyevin atası Tofiq Vəliyev isə uzun müddət Zaqatala rayonunun prokuroru vəzifəsində çalışıb.

Vidadi