General şəhid polkovnikin övladına dövlət bayrağını təqdim etdi (FOTO)

General şəhid polkovnikin övladına dövlət bayrağını təqdim etdi (FOTO)

Şəhid Polkovnik Babək Səmidlinin dəfnində duyğulu anlar yaşanıb.

Belə ki, qəhrəman hərbçimizin dəfn mərasimindən sonra korpus komandiri, general-mayor Hikmət Həsənov B.Səmidlinin tabutu bükülmüş bayrağı onun oğluna verib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb

Qeyd edək ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR