Siyasət 12:51 03.03.2020

"Genişmiqyaslı komanda-qərargah təlimləri Azərbaycan Ordusunun gücünü göstərir"

"Genişmiqyaslı komanda-qərargah təlimləri Azərbaycan Ordusunun gücünü göstərir"

Sonxeber.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant Eldəniz Hüseynov deyib.

O bildirib ki, hazırda genişmiqyaslı komanda-qərargah təlimləri davam edir:

" Martın 2-dən başlayan təlimlər martın 6-dən davam edəcək. Hazırda plana əsasən, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır. Belə təlimlər Azərbaycan Ordusunun gücünü göstərir. Təlimata uyğun olaraq, qoşunların yerdəyişməsi gizli və operativ şəkildə həyata keçirilir.

Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır. Bu gün Ordumuz bütün növ təchizatlarla təmin olunub".

Qeyd edək ki, təlimlər martın 6-a kimi davam edəcək.