Xəbər lenti

Getdikcə daha çox işçi gec saatlara qədər ofisdə qalır və buna səbəb neyron şəbəkələrdir -
Dünya 23:12 27.10.2025

Getdikcə daha çox işçi gec saatlara qədər ofisdə qalır və buna səbəb neyron şəbəkələrdir - "Axios"

Dünyanın müxtəlif ölkələrində şirkətlər iş saatlarını artırmağa başlayıb və bunun əsas səbəbi kimi süni intellekt göstərilir. Məsələn, Kremni vadisində artıq 72 saatlıq iş həftəsi yenidən gündəmə gəlib – mühəndislər və tədqiqatçılar süni intellekt inqilabının sürətinə çatmaq üçün yenidən həftədə üç günə bərabər əlavə iş saatları ilə çalışırlar.

Qaynarinfo xəbər verir ki, "Axios" nəşrinin yazdığına görə, getdikcə daha çox əməkdaş ofisdə gec saatlara qədər qalır, çünki onların əsas qorxusu maşınların yerini tutmasıdır. İşəgötürənlər isə öz növbəsində işçilərdən tam fədakarlıq gözləyir – hətta istirahət günlərində də.

Məsələn, "Ramp" şirkəti San-Fransiskoda şənbə günləri verilən korporativ yemək sifarişlərinin artdığını müşahidə edib ki, bu da dolayısı ilə insanların fasiləsiz işlədiyinə işarə edir.

Bəzi süni intellekt tədqiqatçıları həftədə 100 saata qədər işlədiklərini və zarafatla "002” qrafikinə – yəni "gecəyarısından gecəyədək, yalnız istirahət günlərində iki saat yuxu” rejiminə keçdiklərini deyirlər.

Hətta bəzi startaplar artıq iş elanlarında bu reallığı açıq şəkildə göstərirlər. Məsələn, "Sonatic" adlı startap namizədlərə istirahətsiz gündəlik iş təklif edir, qarşılığında isə yaşayış yeri və tanışlıq platformasına abunə vəd edir.

Trendlər təkcə ABŞ-la məhdudlaşmır. Yunanıstanda artıq xüsusi hallarda özəl sektor üçün 13 saatlıq iş gününün qanuniləşdirilməsinə hazırlıq görülür. Ümumilikdə, süni intellekt dövründə insanlar işi sevdikləri üçün deyil, hələ də əvəzolunmaz olduqlarını sübut etmək məqsədilə daha çox işləyirlər.

Qeyd edək ki, bir müddət əvvəl bir işçi ChatGPT-ni öz işinə öyrətdikdən sonra işdən çıxarılmışdı. Onun rəhbəri əvvəlcə belə bir hadisənin baş verməyəcəyinə söz vermişdi, lakin nəticədə süni intellekt həmin şəxsin yerini tutdu.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->