İtaliyanın Alp dağlarında gəzintiyə çıxan qadın həyatı boyu unuda bilməyəcəyi bir kəşf edib. Tədqiqatçılar qadının gəzinti zamanı 280 milyon illik ekosistemdən ayaq izləri, bitki qalıqları və hətta yağış damcılarının izlərini aşkar etdiyini təsdiqləyiblər.
Qaynarinfo "The Guardian"a
istinadən xəbər verir ki, Klaudiya Steffensen adlı qadın 2023-cü ildə İtaliyanın şimalındakı Lombardiya bölgəsindəki Valtellina Orobie Dağları Parkında əri ilə birlikdə gəzərkən sement plitəsinə bənzəyən qayanın üstünə basıb. Qəzetə verdiyi açıqlamada Steffensen addım atdığı yerdə dalğalı xətlərlə bəzədilmiş qəribə dairəvi dizaynları gördüyünü və yaxından baxdıqda bunların əslində ayaq izləri olduğunu anladığını bildirib.
Qayanı təhlil edən elm adamları buradakı ayaq izlərinin tarixdən əvvəlki sürünənlərə aid olduğunu müəyyən etdikdən sonra Steffensenin kəşfi Alp dağlarının bu yüksəkliklərində başqa ipuçlarının gizlənə biləcəyi sualını gündəmə gətirib.
Sonradan bölgəyə dəfələrlə səfər edən tədqiqatçılar Perm dövrünə (299 milyon - 252 milyon il əvvəl) aid bir ekosistemin sübutunu tapıblar. Perm dövrü Yerdəki canlı növlərinin 90 faizini məhv edən "Böyük yox olma" kimi tanınan temperaturun sürətli artması ilə başa çatıb.
Bu kəşf edilmiş ekosistemdəki izlər sürünənlərin, suda-quruda yaşayanların, həşəratların və buğumayaqlıların daşlaşmış ayaq izlərindən ibarətdir. Tədqiqatçılar bu izlərə əlavə olaraq, tarixdən əvvəlki gölün sahillərində yağış damcılarının, toxumların, yarpaqların və gövdələrin qədim izlərini tapıblar. Bu qədim ekosistemin sübutu dağların 3000 metr hündürlüyünə qədər olan hissələrində və sürüşmələrin uzun illər fosilləri sürükləyən qayaların yığıldığı vadilərin yamaclarında tapılıb.
Ekosistemin günümüzə qədər gəlib çatması onun keçmişdə suya yaxın olması ilə bağlıdır. Fosilləri tədqiq edən İtaliyanın Pavia Universitetindən paleontoloq Ausonio Ronçi açıqlamadasında deyib: "Buradakı ayaq izləri incə dənəli qumdaşları və şistlərdir (şist lilin sıxılması nəticəsində əmələ gələn incə dənəli çöküntü qayadır və palçıq dediyimiz gil böyüklüyündə mineral hissəciklər), vaxtaşırı quruyan çay və göllərin kənarlarında suyun təsiri nəticəsində qum və palçıq şəklində əmələ gəlib. Səthin qurumasına səbəb olan yay günəşi səthi o qədər bərkidib ki, sonrakı sular ayaq izlərini silə bilməyib. Əksinə, yeni gilə çevrilərək strukturu örtdü və qoruyucu təbəqə rolunu oynayıb".
Tədqiqatçıların verdiyi açıqlamaya görə, bu incə dənəli qum və palçıq qar yağışı nəticəsində yığılan qar qatının dibində qalan heyvanların pəncə izləri və bədən formaları da daxil olmaqla ən incə detalları günümüzə çatdırıb. Tədqiqatçılar izlərin ən azı beş müxtəlif heyvan növünə aid olduğunu, bəzilərinin uzunluğunun 2-3 metrə çatdığını və müasir Komodo əjdahalarının (Varanus komodoensis) ölçüsünə çatdığını söyləyib.
Sahəsi onurğalı canlılar olan Milan Təbiət Tarixi Muzeyində paleontoloq kimi çalışan Kristiano Dal Sasso kəşf edildikdən sonra ilk olaraq onunla əlaqə saxlandığını bildirib: "O dövrdə dinozavrlar hələ yer üzündə deyildi, lakin burada tapılan böyük ayaq izləri heyvanların kifayət qədər böyük olduğunu göstərir".
Tədqiqatçılar bu fosillərə aid canlıların Perm dövrünün sonunda yoxa çıxan füsunkar bir dünyaya pəncərə açdığını, eyni zamanda yaşadığımız dövrlə bağlı mühüm dərslər verdiyini ifadə ediblər.
Aydın
Şərhlər