Xəbər lenti

Maqazin 18:47 06.08.2018

"Ginnes"ə adını yazdıran Haluk Levent öz rekordunu qırmağa hazırlaşır

Səhnədə 12 saat 5 dəqiqə fasiləsiz mahnı oxuyaraq adını Ginnesin Rekordlar Kitabına yazdıran türk rok ulduzu Haluk Levent öz rekordunu qırmağa hazırlaşır.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu dəfə səhnədə 13 saat fasiləsiz mahnı oxumağı hədəfləyib. Konsertin əsas məqsədi Ədirnə şəhərinin 35 kilometrliyində yerləşən Sazlıdərədə tikintisi planlaşdırılan "BOTAŞ FSRU Sazlıdərə Limanı ve Boru xətti layihəsi"nə diqqət çəkməkdir.

"Dünən Keşan şəhərinin nümayəndələri ilə görüşdüm. Bəli Saros üçün ayaqda olacağız. 2004-cü ildə olduğu kimi təkrar bir araya gələcəyik. Sazlıdərə yox olmayacaq. O gün fasiləsiz 12 saat 5 dəqiqəlik dünya rekorduna imza atan konsert vermişdim. Bu dəfə 13 saata çıxarıram. Varmısınız?", - deyə Haluk Levent öz sosial şəbəkə hesabında yazıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->