Dünya 20:21 16.10.2021

Görkəmli polşalı aktyor vəfat etdi (FOTO)

Polşalı məşhur aktyor Pavel Noviş 81 yaşında dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Xoşbəxtliyin rəngi" serialının çəkiliş qrupunun "Facebook" hesabında məlumat yayıb.

"Böyük təəssüf hissi ilə görkəmli aktyor və dostumuz Pavel Novişin ölümünü elan edirik. Serialın yaradılmasında onunla işləməkdən şərəf duyuruq və onu heyranlıq hissi ilə xatırlayacağıq”.
 
Xəyal Abdullayev