Dünya 14:46 27.02.2019

Güclü geomaqnit qasırğası başlayıb

Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb. 

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, təbiət hadisəsi martın 2-dək davam edəcək.

Mütəxəssislər bu qasırğanın insan səhhətinə mənfi təsir edəcəyini və xroniki xəstəliklərdən əziyyət çəkənlərin diqqətli olmasını tövsiyə edirlər. Yerə yaxınlaşan Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.

Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər.