Dünya 14:36 05.08.2018

Güclü Hektor qasırğası ABŞ-a yaxınlaşır

ABŞ Milli Meteorologiya Mərkəzi Sakit okeanda Hektor adlı güclü qasırğa barədə xəbərdarlıq edib. 

Qaynarinfo Lenta.ru-ya istinadən xəbər verir ki, qasırğa hazırda ABŞ-ın şərq sahillərindən 6000 km, Havay adalarından 2200 km məsafədədir və qərbə doğru saatda 19 km sürətlə hərəkət edir. Qasırğanın gücünün saatda 210 km-ə çatacağı gözlənilir. 

Gücünə görə 4-cü təhlükə kateqoriyasında qərarlaşan Hektorun güclü daşqınlara səbəb olacağı, dəniz səviyyəsindən 3 metr yüksəklikdə yerləşən əraziləri belə su bacacağı təxmin edilir. Bir çox tikililərə zərər dəyəcək.

Qeyd edək ki, ötən ilin sentyabrında ABŞ-da güclü "Harvey" və İrma qasırğaları müşahidə edilmişdi. "Harvey" 2005-ci ildə ölkəni vuran Katrinadan sonra ən güclü qasırğa hesab edilir. "Harvey" və İrmanın ABŞ-a vurduğu zərərin miqdarı 290 milyard dollar olmuşdu.

Gülşən