Xəbər lenti

Ölkə 23:02 02.10.2017

Güclü leysan fəsadlar törətdi

Göyçayda güclü leysan fəsadlar törədib.

APA-nın məlumatına görə, ötən gecədən başlayan leysan yağışları bu gün axşam daha da şiddətlənib.

Yağışın əmələ gətirdiyi sel suları Göyçay şəhərinin şimalındakı fərdi yaşayış evlərini və dağətəyi ərazidə yerləşən həyətyanı sahələri və küçələri lil qatı ilə örtüb.

Rayonun Qarabaqqal kəndində sel suları su ötürücüsünü, avtomobil yolunu dağıdıb, elektrik dirəkləri və ağacları aşırıb. Elektrik naqillərinin qırılması səbəbindən Göyçay şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayanıb. 

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?