Dağıstanın 249 kəndində elektrik enerjisi kəsilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Energetika Nazirliyi məlumat verib. Məlumata görə, 84,800 nəfərin evi işıqsız qalıb.
Fövqəladə vəziyyətə səbəb güclü küləyin elektrik naqillərini qırması olub.
Qəzanın aradan qaldırılması üçün 215 nəfərdən ibarət 62 briqada və 52 ədəd texnika fəaliyyətə cəlb edilib.
Şərhlər