Ölkə 17:21 11.06.2018

Gülər Əhmədova efirə qayıtdı: Veriliş aparacaq

Sabiq deputat Gülər Əhmədova "Lider” kanalında veriliş aparacaq.

Keçmiş deputatın aparıcılıq edəcəyi hüquq verilişi yaxın günlərdə efirə çıxacaq.

Sabiq millət vəkili kult.az-a açıqlamasında verilişlə bağlı bütün detalları "Lider TV"nin yayacağını deyib.

"Lider TV"nin mətbuat katibi Sədan Bünyadova məlumatı təsdiqləyib və bildirib ki, verilişin nə zaman yayıma gedəcəyi hələ bəlli deyil:

"Hazırda verilişin anonsları hazırlanır".

Qeyd edək ki, G.Əhmədova Milli Məclisin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib.