Gülər Əhmədova eks-deputat kimi pensiya alacaq

Gülər Əhmədova eks-deputat kimi pensiya alacaq

Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya eks-deputat pensiyası təyin oluna bilər.

Modern.az-ın məlumatına görə, bu barədə onun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

"1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən, Gülər Mikayıl qızı Əhmədovaya 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib. 
Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”, -deyə vəkil bildirib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

2013-cü ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. 


2014-cü ilin mayında  Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image