Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün 57, 65, 70, 79, 97 kq çəkidə yarışan pəhləvanlarımız titul döyüşlərinə çıxıblar.
57 kq
Giorgi Edişeraşvili finalda rusiyalı Zaur Uqiyevi məğlub edərək (4:3) Avropa çempionu olub.
65 kq
3 qat dünya və 1 dəfə Avropa çempionu Hacı Əliyev finalda Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüşdə H.Əliyev qızıl medal qazanıb.
70 kq
Murtazali Müslimov bürünc medal uğrunda görüşdə belaruslu Azamat Nurikaunu 9:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, geridə qalan 5 gündə Azərbaycan güləşçiləri 10 medal (2 qızıl, 3 gümüş və 5 bürünc) əldə ediblər.
Şərhlər