İyulun 21-27-də Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalı çərçivəsində güləş yarışları da keçiriləcək.
Qaynarinfo xəbər verir ki, iyulun 21-dən 23-dək güləşin hər 3 növü üzrə mübarizə baş tutacaq. Yeniyetmələrdən ibarət yığmalarımız ölkəmizdə baş tutacaq məsul yarışlara hazırlığı davam etdirir. Qızlardan ibarət millimiz daha keyfiyyətli hazırlıq mərhələsinə çatmaq üçün Ukraynaya təlim-məşq toplanışına yollanacaq.
Bu gün Krivoy-Roq şəhərində startı veriləcək hazırlıq prosesi mayın 26-dək davam edəcək. Toplanışda böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) iştirak edəcək.
TMT yerli güləşçilərlə birgə keçiriləcək.
Şərhlər