Güləşçilərimizdən iki qızıl, üç gümüş, bir bürünc medal

Güləşçilərimizdən iki qızıl, üç gümüş, bir bürünc medal

Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.

Qaynarinfo xəbər verir ki, ikinci yarış günündə 7 çəkidə (4 oğlan, 3 qız) mübarizə baş tutub.
 
Mircavad Nəbiyev Rusiya yığmasının üzvüylə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. Rəqib finala yüksəldiyi üçün Nəbiyev mübarizəni təsəlliverici görüşlə davam etdirib və türk həmkarına ilk hissədə qalib gəlib. İsveçrə idmançısına da şans tanımayan Mircavad bürünc medalın sahibi olub.
Sabir Cəfərov ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib. Bolqar rəqibini də məyus edən Sabir finala yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə yenilən həmyerlimizin qazancı gümüş medal olub.
 
Qurban Qurbanov da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib. Belarus idmançısını da devirən Qurbanov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada gürcüstanlı rəqibini də məğlub edən Qurban EYOF-un qalibi olub.
 
Həsrət Cəfərov əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib. Belarus və İtaliyadan olan rəqiblərinə də qalib gələn Cəfərov finala yüksəlib. Rusiya pəhləvanına da gücünü göstərən həmyerlimiz baş mükafata yiyələnib.

Gültəkin Şirinova 1/8 finalda Finlandiya təmsilçisini üstələyib. Həmyerlimiz Belarus idmançısını da devirərək adını yarımfinala yazdırıb. İtaliyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Şirinova finala çıxan növbəti təmsilçimiz olub. Ancaq son görüşdə rumıniyalı rəqibinə uduzan Gültəkin gümüş medalla kifayətlənib.

Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb. Mərziyə Sadıqova ilk görüşdə Ukrayna idmançısından güclü olub. Daha sonra Rusiya güləşçisiylə gərgin mübarizədən qalib ayrılan Mərziyə yarımfinala yüksəlib. Türkiyədən olan rəqibi üzərindəki minimalhesablı qələbə Sadıqovanı finala daşıyıb. Həlledici qarşılaşmada İtaliya güləşçisinə məğlub olan Mərziyə ikinci yeri tutub.

Sərbəst güləş

48 kq
 
1/8 final - Mircavad Nəbiyev - Maqomedamin Bekbulatov (RUS) 6:6*
Təsəlliverici görüş - Mircavad Nəbiyev - Şükrü Korpe (TUR) 10:0
Bürünc medal görüşü - Mircavad Nəbiyev - Tomas Fişer (SUİ) 10:0

60 kq
 
1/8 final - Sabir Cəfərov - Marsel Deli (HUN) 10:0
1/4 final - Sabir Cəfərov - Anatoli Xranika (BLR) 12:1
1/2 final - Sabir Cəfərov - İvan Stoyanov (BUL) 5:1
FİNAL - Sabir Cəfərov - Fyodor Baltuev (RUS) 3:7

Yunan-Roma güləşi

48 kq
 
1/8 final - Qurban Qurbanov - Kaçper Karaskieviç (POL) 8:0
1/4 final - Qurban Qurbanov - Emin Çakır (TUR) 10:0
1/2 final - Qurban Qurbanov - Maksim Stupakeviç (BLR) 5:0
FİNAL - Qurban Qurbanov - Xviça Abuladze (GEO) 6:0

60 kq

1/8 final - Həsrət Cəfərov - Donatas Rindeikis (LTU) 12:0
1/4 final - Həsrət Cəfərov - Mikita Muraşka (BLR) 13:5
1/2 final - Həsrət Cəfərov - Andrea Setti (İTA) 6:0
FİNAL - Həsrət Cəfərov - Maqomed Qiqiyev (RUS) 7:0

Qadın güləşi

46 kq

1/8 final - Gültəkin Şirinova - Jutta Ala-Ranta (FİN) 7:4
1/4 final - Gültəkin Şirinova - Tatyana Pertsava (BLR) 6:1
1/2 final - Gültəkin Şirinova - Fanni Viquro (FRA) 10:3
FİNAL - Gültəkin Şirinova - Georgiana-Lavinia Antuka (ROU) 0:4 (tuşe)

49 kq
 
1/4 final - Lalə Mirzəyeva - Mihaela Samoil (MDA) 2:8

61 kq
 
1/8 final - Mərziyə Sadıqova - Manola Skobelska (UKR) 6:3
1/4 final - Mərziyə Sadıqova - Alina Kasabieva (RUS) *1:1
1/2 final - Mərziyə Sadıqova - Elmas Çelik (TUR) 1:0
FİNAL - Mərziyə Sadıqova - Aurora Russo (İTA) 4:10
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR