"Vətəndaşlar xüsusi icazə sistemindən çalışıb gün ərzində bir dəfə istifadə etsinlər. Çünki, sistem intellektualdır".
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, sistem daxil olan müraciətləri araşdırıb və bunların təhlilini aparacaq:
"Kimlərsə bu sistemə bilərəkdən çoxlu sayda SMS göndərərsə, sisten artıq onu təhlil edib, araşdıracaq. Daha sonra polisə xəbərdarlıq edə biləcək. Bunun da bir cəzası mövcuddur. Yəni vətəndaşlarımız bilməlidirlər ki, bu sistemdən zərurət olduqda istifadə etmək lazımdır. Belə bir vaxtda məsuliyyətli olmaq lazımdır".
Şərhlər