Maqazin 09:44 22.05.2019

Günay sevgilisini bıçaqlaması xəbərindən danışdı

Azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlaması xəbərini təkzib edib.

Qaynarinfo xəbər verir ki, model və sevgilisi bu haqda "Instagram"da birgə məlumat yayıblar.

"Bu gün haqqımda çıxan sevgilim Taha Tatlıcını bıçaqlama xəbəri həqiqətən uyğun deyil və üzücüdür. Həm mənə, həm də sevgilimə qarşı ağır bir ittiham ortaya atılıb. Taha ilə aramızdakı mübahisəni qonşular polisə bildirib. Aramızda heç bir problem yoxdur və hazırda birlikdəyik” deyə Günay qeyd edib.

Modelin sevgilisi Taha da xəbəri təsdiqləyib və sadəcə mübahisə etdiklərini bildirib.

Qeyd edək ki, Tahanın mübahisə zamanı Günayla onun oğlunu döydüyü və buna dözməyən Musayevanın bıçağa əl atdığı iddia olunurdu.