Günəbaxan tumlarını yəqin ki, əksəriyyət xoşlayır. Çoxları bu tumlardan hər gün istifadə edir və bu, vərdiş halına çevrilir. Günəbaxan toxumu nə qədər faydalıdır? Hər gün günəbaxan tumu yeyilsə, orqanizmdə nə baş verir? Və əksinə, bunun hansısa ziyanları varmı?
Qaynarinfo e-tibb.az-a istinadən günəbaxan tumlarının faydalı və zərərli xüsusiyyətlərini təqdim edir:
1.Ürək-damar sistemini möhkəmlədir.
Günəbaxan toxumları ürəyimizə faydalı təsir göstərən bir çox faydalı elementləri özündə ehtiva edir. Onun tərkibində olan A və E vitaminləri və fol turşusu ürək-damar sistemi ilə bağlı bir çox xəstəliklərin qarşısını alır. Həmçinin, vitaminlər dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edir və beyin hüceyrələrinin yaşlanmasının qarşısını alır. Fol turşusu arteriyaların güclü, elastik qalmasına kömək edir.
2. Xolesterin səviyyəsini azaldır.
Yeni Zelandiyadakı Otago Universitetinin alimlərinin elmi araşdırmaları günəbaxan toxumlarının gündəlik istifadəsinin pis xolesterolu 10% azaltmağa kömək etdiyini və eyni zamanda yaxşı xolesterolu normada saxladığını göstərib. Bunun səbəbi, bu toxumların lipid mübadiləsinin nəticələrini təsir edən faydalı doymamış yağ turşuları Omega-3 və linoleik turşu ehtiva etməsidir.
3. Qan təzyiqini normallaşdırır.
Linol turşusu yalnız pis xolesterinin səviyyəsini azaltmağa kömək etmir, həm də arterial təzyiqi normallaşdıra bilir.
4. Depressiyanın qarşısını alır.
Günəbaxan toxumlarında zəngin olan maqnezium qan damarlarının rahatlaşmasına və qanın qatılaşmasının qarşısını almaqda kömək edir.
Maqnezium çatışmazlığının ilk əlamətləri qıcıqlanma, daimi baş ağrısı və xroniki yorğunluq hesab olunur. Bundan əlavə, maqnezium çatışmazlığı sinir, immun və ürək-damar sisteminin fəaliyyətinə təsir göstərə bilər. Toxumların davamlı istifadəsi əhval-ruhiyyəni və beynin işini yaxşılaşdırır. Harvard Universitetində aparılan araşdırmalara görə, günəbaxan toxumlarının pəhrizə daxil edən insanlar depressiyadan daha az əziyyət çəkirlər.
5. İltihabı azaldır.
Günəbaxan toxumunda olan antioksidantlar daxili orqanlarda iltihabları azaltmağa kömək edir və tiroid hormonlarının metabolizmasında mühüm rol oynayır. Bu faydalı xüsusiyyətləri sayəsində günəbaxan toxumu bir çox xroniki xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir.
Əks təsirləri.
Çoxsaylı faydalı xüsusiyyətlərə malik olsa da, tumlar çox yüksək kalorilidi. Artıq çəki problemindən qaçmaq üçün, gündəlik normaya riayət etmək lazımdır. Norma isə 20-30 qram hesab olunur.
Günəbaxab tumunun daha bir yan təsiri allergiya ilə bağlıdır. Toxumlara qarşı allergiya tez-tez baş verməsə də, allergiyaya meylli olanlar həkimlə məsləhətləşməlidir.
Şərhlər