Maqazin 14:11 10.11.2019

Günel 25 min dolları nəyə xərcləyib?

"Hazırda 45 kiloqramam. Qadın özünə hörmət edirsə, baxımlı olmalıdır. Kökələndə Arnold Şvarzeneqqer kimi oluram. Ona görə də özümü saxlayıram”.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova "Zaurla Günaydın” verilişində deyib. Sənətçi formada qalmasından danışıb. O bildirib ki, arıq olmasını hamı qınayır.

Günel yeni çəkdirdiyi "Dəyməyin keyfimə” klipindən bəhs edib:

"Klipi çəkəndə rahat oldum, istədiyim geyimi geyinirəm. Hər şeyi hesablasam, klipə təxmini 25 min dollar xərclədim”.