Foto 20:10 30.11.2020

Günel Natiqin “Ədəbi talelər”i: Yaponiyadan Afrikaya qədər…

Gənc yazıçı Günel Natiqin "Ədəbi talelər” kitabı çapdan çıxıb.

 

 

Bu haqda Qaynarinfo-ya müəllif özü məlumat verib. Kitab "Qanun” nəşriyyatında işıq üzü görüb və "Ədəbi talelər” kitabı Günel Natiqin oxucularla üçüncü görüşüdür.

 

 

Kitabda müəllifin dünya yazarlarının həyatı və yaradıcılığı barədə araşdırma yazıları toplanıb. Yaponiyadan tutmuş Türkiyəyə, Rusiyadan tutmuş Avropa ölkələrinə, Afrikadan tutmuş Amerikaya qədər uzanan bu araşdırmalar oxucuları həm də, haqqında söhbət açdığı yazıçıların yaşadığı dövrlərə, mühitlərə, şəhərlərə və kəndlərə aparır.

 

 

Bu səyahət boyu yorulub bezmək mümkün deyil, çünki Günel Natiqin şirin təhkiyəsi oxucunu yalnız buraxmır.