Xəbər lenti

Gürcüstan Azərbaycanı NATO təlimlərinə cəlb etməyə çalışır: Moskvadan narazılıq
Siyasət 21:56 28.02.2019

Gürcüstan Azərbaycanı NATO təlimlərinə cəlb etməyə çalışır: Moskvadan narazılıq

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanda NATO ölkələrinin iştirakı ilə baş tutacaq hərbi təlimlərdən dolayı narazılıq edib.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Karasinin fikrincə, təlimlər regionda gərginlik yaradacaq:

"Bizi Gürcüstanın NATO gündəliyi və bu alyansa sürətlənmiş şəkildə üzv olmaq planları narahat edir. Bu həm bizim münasibətlərimizdə, həmçinin, Cənubi Qafqaz regionunda nevroz vəziyyət yaradır. Biz dərhal bu barədə dedik. NATO-nun geniş miqyaslı təlimləri, o cümlədən Azərbaycanı və Ermənistanı da bu təlimlərə cəlb etmək istəyi optimizm yaratmır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->