Xəbər lenti

Gürcüstan Ermənistanı viza rejimi ilə hədələyir - FOTO
Dünya 10:17 15.06.2013

Gürcüstan Ermənistanı viza rejimi ilə hədələyir - FOTO

Qonşu respublikada anti-erməni ritorikası güclənməkdədir

Qonşu Gürcüstanda Ermənistan əleyhinə fikirlər geniş səslənməkdədir. Gürcüstanın ən populyar forumlardan birində keçirilən səsvermənin nəticələri də gürcü cəmiyyətində anti-erməni ritorikasının gücləndiyinə bir işarədir. “Ermənistana qarşı viza rejiminin tətbiqi ehtiyac varmı?” sualına istifadəçilərin 80,52 faizi müsbət cavab verib. 17,32 faiz Gürcüstanın Ermənistanla viza rejiminə keçməsini istəmir, 1,73 faiz isə suala cavab verməkdə çətinlik çəkib.

Anti-erməni ritorikasının güclənməsi BMT-də Abxaziya və Cənubi Osetiyadan qovulmuş gürcü qaçqınları ilə bağlı bağlı qətnaməyə dair səsvermədən sonraya təsadüf edib. Qətnaməyə adəti üzrə səs verməyənlərin arasında Ermənistan da olub. 

Qeyd edək ki, “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən məcburi köçkünlərin və qaçqınların vəziyyəti haqqında” adlı qətnamənin əleyhinə Belarus, Venesuela, Vyetnam, Zimbabve, Kuba, Laos, Myanma, Nauru, Nikaraqua, Rusiya, Serbiya, Suriya, Ermənistan, Sudan, Şimali Koreya və Şri-Lanka səs verib./anspress/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->