Gürcüstanın İctimai Televiziyası (İTV) may ayından etibarən Azərbaycan və erməni dillərində xəbərlər proqramı yayımlamağa başlayacaq.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, xəbər buraxılışları "Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində hazırlanacaq. Xəbərləri İTV-nin rəsmi www.1tv.ge internet səhifəsindən izləmək mümkün olacaq. Azərbaycan və erməni dillərində xəbərlər hər gün saat 20:00-da təqdim olunacaq.
Xəbərlərin Azərbaycan və erməni dillərində təqdim olunmasının əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlıları və erməniləri ölkədə və dünyada baş verən proseslərlə onların öz ana dillərində məlumatlandırmaqdır.
Şərhlər