Siyasət 11:33 06.06.2019

Gürcüstan parlamentinin sədri Azərbaycanda nələri müzakirə edəcək?

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun üçüncü həftəsi Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.

"Report"un məlumatına görə, spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.

O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: "Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".
 
Qeyd edək ki, səfər iyunun 20-21-də baş tutacaq.