Siyasət 15:23 28.05.2019

Gürcüstan XİN-dən Azərbaycan dilində təbrik (FOTO)

Gürcüstan Xarici İşlər Nazirliyi 28 may - Respublika Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Qaynarinfo xəbər verir ki, nazirliyin rəsmi "Twitter” səhifəsindən Azərbaycan dilində paylaşım edilib: 

"Strateji tərəfdaşımız və dostumuz Azərbaycanı Respublika Günü münasibətilə səmimiyyətlə təbrik edirik. Qardaş Azərbaycan xalqına rifah, əmin-amanlıq və firavanlıq diləyirik”.