Xəbər lenti

Gürcüstanda ATƏT PA-nın qətnaməsini ölkəyə birbaşa hücum adlandırdılar
Dünya 13:48 04.07.2024

Gürcüstanda ATƏT PA-nın qətnaməsini ölkəyə birbaşa hücum adlandırdılar

Hakim "Gürcü arzusu” partiyası ATƏT Parlament Assambleyasının qətnaməsini ölkəyə "birbaşa hücum” adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "News Georgia” məlumat yayıb.

ATƏT Parlament Assambleyasının Buxarestdə keçirilən sessiyasının yekunları üzrə qətnamə qəbul edilib. Sənəd əsasən Ukraynaya həsr olunsa da, Gürcüstanla bağlı bəzi müddəalar da var. Orada "Gürcü arzusu”nun atdığı bir sıra addımlar, xüsusən də "xarici agentlər” haqqında qalmaqallı qanunun qəbulu tənqid edilib. ATƏT PA potensial antidemokratik meyilləri müəyyən etmək üçün Gürcüstanda seçkilərin necə keçiriləcəyini yaxından izləmək niyyətini ifadə edib.

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri, Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze sənədə münasibət bildirib.

"Mən bunu ölkəmizə qarşı məqsədyönlü hücum kimi qəbul edirəm, bir çox başqa ittihamları da demirəm - məsələn, yeni şəffaflıq qanunu söz və sərbəst toplaşma azadlığını məhdudlaşdıracaq, bu, açıq desək, yalandır”, - bildirib.

Samxaradze bildirib ki, Fransa və Kanada bu yaxınlarda oxşar qanun qəbul edib, lakin onlara qarşı heç bir şikayət yoxdur.

"Qətnamədə bir sıra anlaşılmaz müddəalar var və bu, böyük təəssüf doğurur”, - deyən baş nazir İrakli Kobaxidze bu məsələ ilə bağlı uzun-uzadı şərh vermək istəmədiyini bildirib.

Hakim partiyanın deputatları qətnaməyə səs verməkdən imtina ediblər. Əvvəlcə onlar "Tbilisinin nəzarətində olan Gürcüstanı, Abxaziya və Cənubi Osetiya”nı barışdırmaq zərurəti ilə bağlı müddəaya etiraz ediblər - nümayəndə heyəti bu ifadənin ölkənin ərazi bütövlüyü prinsiplərinə zidd olduğunu israr edib. Sonda həmin bənd sənəddən çıxarılıb və yalnız Rusiya qoşunlarının çıxarılması çağırışı və Cenevrə müzakirələrinin əhəmiyyəti qalıb. Lakin sonda "Gürcü arzusu” partiyasının nümayəndələri yenə də qətnaməyə səs verməyiblər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->