Xəbər lenti

Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident
Ölkə 22:40 03.12.2021

Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident

Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

Qaynarinfo xəbər verir ki, hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki "Arximed” klinikasına yerləşdirilib.

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.

Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə araşdırmalara başlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->