Gürcüstanın Zuqdidi şəhərində "Bank of Georgia”nın girov götürülmüş işçilərinin və müştərilərinin azad edilməsi üçün xüsusi əməliyyat keçirilib.
"TV Pirveli”nin məlumatına görə, girov götürülmüş şəxslərin hamısı azad edilib.
"İmedi” telekompaniyası isə həmçinin cinayətkarın da saxlandığını qeyd edib.
Qeyd edək ki, Gürcüstanın Zuqdidi şəhərində "Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib. Naməlum şəxs avtomat və qumbara ilə silahlanmışdı. Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb.
Şərhlər