Foto 17:18 30.06.2019

Gürcüstanda dəhşətli qəza: 2 azərbaycanlı öldü, 3 nəfər yaralandı (YENİLƏNİB/FOTO)

Gürcüstanda baş verən ağır yol qəzasında ölən Azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, qəza zamanı "Mersedes”in sürücüsü Zaqatala rayon sakini, 1975-ci il təvəlllüdlü Aydın Xəliloiv və sərnişini Zaqatala rayon sakini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah sabah Zaqatalaya gətirilməsi nəzərdə tutulub.

13.00 
 
Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Zaqatala rayon sakininin idarə etdiyi "Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb. Qəza nəticəsində sürücü daxil olmaqla, üç nəfər Zaqatala sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.