Xəbər lenti

Gürcüstanda Milli Şuranın nümayəndəliyi quruldu
Siyasət 22:47 29.07.2013

Gürcüstanda Milli Şuranın nümayəndəliyi quruldu

Avropa ölkələrindən, o cümlədən də Ukrayna və Rusiyadan sonra qonsu Gürcüstanda da Azərbaycanda yaradilmis MS-nin nümayəndəliyi təsis olunub.

Musavat.com-un əldə etdiyi məlumata görə, Tiflisdə baş tutan təsis yığıncağında Milli Şuranın Gürcüstan numayəndəliyinin beş nəfərdən ibarət təşəbbüs qrupu, sədr və digər məsul vəzifələrə uzvlər seçilib. Milli Şuranin Gürcüstan nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndəliyin sədri, Azərbaycan vətəndaşı, Ivane Gavaxişvili adina Tiflis dövlət universitetinin hüquq fakultəsinin beşinci kurs tələbəsi Orxan Aliyev seçilib. Gürcustan vətəndaşı, Böyuk Birlik təşkilatının sədri Əsəd Alıyev isə icra aparatının rəhbəri seçilib.

Təsis yığıncağında rəhbər kadrların seçilməsi ilə yanaşı, Milli Şuranın lideri Rüstəm İbrahimbəyovun və Milli Şura uzvlərinin Gürcüstana səfəri ve cari məsələlər müzakirə olunub. Xəbərdə bildirilir ki, təşəbbüs qrupu, Rüstəm İbrahimbəyovdan məsləhətlərini aldıqdan sonar, öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirəcək.  Təşəbbüs qrupu, xususi olaraq vurğulayıb ki, Milli Şurada, əslən Gürcüstandan olan ziyalıların təmsil olunmamasi, onları narahat edir; odur ki, Gürcüstan azərbaycanlıları Milli Şuranin Gürcüstan numayəndəliyindən təqdim edəcəyi nümayəndənin, Milli Şuraya üzv qəbul edilməsini Rüstəm İbrahimbəyov ve Milli Şuranin digər üzvlərindən xahiş edəcək. Azərbaycanda gürcüstanlılara qarşı aparılan repressiyalar, xüsusən Tofiq Yaqublunun qeyri - qanuni həbsi və polkovnik İsa Sadıxova qarşı qondarma cinayət işinin açılıb, onun axtarışa verilməsi, Gürcüstan azərbaycanlılarını hiddətləndirir.

Yaxın günlərdə Milli Şuranın Gürcüstan numayəndəliyi öz yığıncağını keçirəcək, qəbul olunan qərarlar haqqında mətbuatı müntəzəm melumatlandıracaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->