Xəbər lenti

Gürcüstanda tapılan qədim misəritmə emalatxanası dəmirlə bağlı sirri açdı
Dünya 18:54 29.09.2025

Gürcüstanda tapılan qədim misəritmə emalatxanası dəmirlə bağlı sirri açdı

Cənubi Gürcüstanda yerləşən və 3000 il yaşı olan Kvemo Bolnisi adlı metallurgiya emalatxanasında aparılan yeni tədqiqatlar dəmirin kəşfinin sirrini açıb. 

Qaynarinfo xəbər verir ki, araşdırma nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub.

1950-ci illərdə aparılan ilkin qazıntılar zamanı burada böyük miqdarda hematit (dəmir oksidi mineralları) və şlak (metallurgiya tullantıları) tapılmışdı. Buna görə də arxeoloqlar emalatxananı erkən dəmirəritmə məkanı hesab etmişdilər.

Lakin müasir təhlillər göstərib ki, burada əslində mis əridilirmiş. Qədim ustalar dəmir oksidindən axıdıcı (flüs) kimi istifadə edərək misin çıxışını artırmağa çalışıblar.

Bu kəşf uzun müddətdir müzakirə olunan bir nəzəriyyəni təsdiqləyir: dəmirin kəşfi misəritməçilərin təcrübələrinin nəticəsi olub. Onlar metallurgiya sobalarında dəmir tərkibli materiallarla sınaqlar apararaq dəmirin əridilməsinə aparan ilk addımları atıblar.

Krenfild Universitetinin arxeologiya üzrə tədqiqatçısı doktor Nataniel Erb-Satullo bildirib:

"Zəngin yazılı mənbələrin olmaması, dəmirin tez paslanması və onun istehsal yerlərinin az öyrənilməsi mənşəyini izləməyi çətinləşdirir. Kvemo Bolnisi abidəsi isə bu baxımdan çox önəmlidir. Burada dəmir oksidinin misəritmədə məqsədli şəkildə istifadə olunması göstərir ki, qədim ustalar dəmir filizi ilə təcrübələr aparırdılar və bu, dəmir metalurgiyasının inkişafında həlledici rol oynayıb".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->