"Gürcüstan ilə Rusiya arasında münasibətləri pisləşdikcə həmişə Azərbaycanın önəmi artır. Yəqin demək olar ki, "Keşikcidağ” məsələsi də bir müddət arxa plana keçəcək, rəsmi Tiflisin Azərbaycana ehtiyacı yüksələcək”.
Qaynarinfo xəbər verir ki, bunu ReAl Partiyasının sədr müavini Natiq Cəfərli deyib.
N.Cəfərli bildirib ki, qonşularımızın Rusiya ilə çox yaxınlaşlaması bizə həmişə bəlalar gətirir, onlar Moskvadan uzaqlaşdıqca isə ölkəmizin siyasi və iqtisadi çəkisi yüksəlir, onlar biziə daha çox yaxınlaşırlar:
"Türkiyə Rusiya ilə yaxınlaşanda biz həmişə uduzuruq, İran Rusiya ilə yaxınlaşanda bizə təhlükə artır, Gürcüstan Rusiya ilə yaxınlaşan kimi bizə qarşı münasibəti pisləşmişdi, Ermənistan isə heç - Moskvanın əyaləti olaraq Rusiya ilə birgə torpaqlarımızı işğal edib saxlaylır. Nə qədər ki, Rusiyada imperiyalist rejim var, bizim strateji sağ qalma konsepsiyamızda qonşuların Rusiya ilə pis münasibətlərinin olması vacib, təməl prinsip olmalıdır”.
Şərhlər