Xəbər lenti

Gürcüstanın DİN rəhbəri Baltik ölkələrinin sanksiyalarına məruz qaldı
Dünya 12:00 02.12.2024

Gürcüstanın DİN rəhbəri Baltik ölkələrinin sanksiyalarına məruz qaldı

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkədə dinc nümayişçilərə qarşı zorakılığa cavab olaraq Latviya, Litva və Estoniyanın sanksiyalara məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Pirveli” telekanalı məlumat yayıb.

Telekanalın məlumatlı mənbəsi bildirib ki, etirazların dağıdılmasına görə məsuliyyət daşıyanların hamısı, o cümlədən nazir Qomelauri üç Baltik ölkəsinin sanksiyalarına məruz qalıb.

Telekanalın məlumatına görə, məhdudlaşdırıcı tədbirlərə, xüsusən, Latviya, Litva və Estoniya ərazisinə girişin qadağan edilməsi daxildir.

Bir gün əvvəl məlum olub ki, üç Baltik respublikası Gürcüstanda hakimiyyətin Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırmaq niyyətinə cavab olaraq başlayan etirazları yatıranlara qarşı milli sanksiyalar tətbiq etməyə razılaşıb.

Xatırladaq ki, Gürcüstanda hakimiyyətin növbəti 4 il ərzində Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina etdiyini bəyan etməsindən sonra bir neçə gündür ki, Gürcüstanda genişmiqyaslı hökumət əleyhinə etirazlar davam edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->